ABŞ tarixində mühakimə olunan ilk prezident Tramp oldu - İNTİM MÜNASİBƏTDƏ OLDUĞU QADIN ONDAN TƏZMİNAT İSTƏYİR

  • By admin
  • 31 Mart 2023 11:03

ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçmiş porno ulduz Stormi Danielsə 130 min dollarlıq  təzminat ödəməsi ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Gununsesi.info-nun ABŞ mediasına istinadən verdiyi xəbərə görə,  Trampa qarşı irəli sürülən ittihamlar məhkəmədə araşdırılacaq.

Bununla da Tramp ABŞ tarixində mühakimə olunan ilk eks-prezident oldu.

Trampa qarşı dəqiq ittihamlar hələ açıqlanmayıb.

Sabiq prezident özü isə ittihamları rədd edir.

FLoridada yaşayan Tramp Nyu-Yorkda məhkəmə qarşısına çıxmalı olacaq. “Nyu -York”dakı prokurorluq ödənişin saxta qeydinin olub-olmadığını araşdırırdı.

Qeyd edək ki, ABŞ-da cinayətin mahiyyətindən asılı olmayaraq cinayəti ört-basdır etməyə çalışmaq daha ciddi hüquqi prosesə gətirib çıxara bilər.

Cinayət işi üzrə şikayət verib-verməmək qərarı “Nyu- York” şəhərinin prokuroru Alvin Bragga verilib.

Bragg, istintaqın kifayət qədər sübutunun olub -olmadığını yoxlamaq üçün böyük bir münsiflər heyəti yaratmışdı.

ABŞ mediası yazır ki, “Fırtınalı Daniels işi”  Trampın yenidən seçilmək istədiyi anda onu problemə sala bilər.

Qeyd edək ki, Trampdan şikayətçi olan əsl adı Stefani Klifford olan Stormi Daniels porno sənayesində aktrisa kimi fəaliyyətə başlayıb, 2004-cü ildən sonra isə ssenarilər yazmağa və filmlərə rejissorluq etməyə başlayıb.

2010-cu ildə Luiziana ştatından senatorluğa namizəd olmağı düşünən Daniels daha sonra namizədliyinin ciddiyə alınmadığını əsas gətirərək geri çəkilmək qərarına gəlib.

Stormi Daniels Donald Trampla 2006-cı ildə tanış olduğunu deyir.

2011-ci ildə In Touch Weekly jurnalına verdiyi müsahibədə Daniels izah etmişdi ki, Tramp onu nahara dəvət edib və otel otağında Trampla görüşüb.

Danielsin bu tam müsahibəsi 2018-ci ilə qədər dərc edilmədi.

Daniels müsahibəsində “Divanda uzanıb televizora baxırdı. Pijama geyinmişdi” deyib.

Daniels ikisinin münasibətdə olduğunu iddia edir, Trampın vəkili isə bu iddianı “qətiyyətlə” rədd edir.

Əgər Danielsin açıqlamaları doğrudursa, iddia edilən hadisə Trampın ən kiçik övladı Barronun doğulmasından cəmi dörd ay sonra baş vermiş ola bilər.

 

Tərcümə:

Mais