
ABŞ hökuməti ölkəyə gələn təyyarələrdə elektron qurğuların daşınmasını qadağan etmək niyyətindədir.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin nümayəndəsi bildirib.
Məlumata görə, bu addımın terror təhlükəsi ilə əlaqəli olduğu bildirilir. Qadağa azı 10 ölkə və ölçüsü mobil telefonlardan iri olan qurğulara (noutbuklar, planşetlər, kameralar və s.) şamil ediləcək. Eyni zamanda qadağa ABŞ aviaşirkətlərinə toxunmayacaq.
Qərarla bağlı rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.
Gununsesi.info












