Bağdadda partlayış -23 ölü, 40 yaralı

  • By admin
  • 20 Mart 2017 23:20

bagdad

 

Bağdadda bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 23 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, Bağdad şəhərinin cənubunda törədilmiş hadisə nəticəsində 40-dan çox insan yaralanıb.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Gununsesi.info