ABŞ Türkiyəyə xəbərdarlıq edib

  • By admin
  • 17 İyul 2016 12:52

abs

Gununsesi.info BBC-yə istinadən bildirir ki,  ABŞ, vətəndaşının baş tutmayan hərbi çevriliş səbəbilə “ictimai şəkildə ittiham edilməsinə” görə Türkiyəyə xəbərdarlıq edib.

ABŞ bildirib ki, belə ittihamlar münasibətlərə “tamamilə yanlış və zərərli”dir.

Dövlət Katibi John Kerri bu sözləri Türkiyənin Əmək nazirinin ABŞ-ın çevrilişin arxasında durmasını iddia etməsindən sonra söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan ABŞ-da yaşayan türkiyəli din xadimi Fətullah Gülənin ekstradisiyasına çağırıb.

Cənab Gülen Pensilvaniyada, öz evində jurnalistlərə bildirib ki, o, 15 ildən artıqdır ki, Türkiyədən uzaqdadır və “hətta [Türkiyədə] davamçıların da kim olduğunu bilmir”.

Cümə günü gecəsi Türk Silahlı Qüvvələrindən bir qrup İstanbulda əsas körpülərdə nəqliyyatı dayandıraraq və Ankarada parlamentin binasına hücum edərək çevrilişə cəhd edib.

Hökumət bildirib ki, hadisə nəticəsində 161 dinc sakin və 104 “sui-qəsdçi” ölüb, 1440 nəfərdən çox insan xəsarət alıb.

Təxminən 3000 hərbçi saxlanılıb və şənbə günü hökümət öz hakimiyyətini təsdiq edərək 2700 hakimi istefaya göndərib.

Gununsesi.info