ABŞ Ukraynaya 50 milyardlıq yardım ayıracaq

  • By admin
  • 11 Mart 2022 09:13

ABŞ BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə Ukraynaya humanitar yardım üçün 50 milyard dollar ayıracaq.

Gununsesi.info-nun məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib.

“Bu gün biz humanitar yardım üçün Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı vasitəsilə daha 50 milyard dollar ayıracağını elan edirik”, – deyə Harris Polşa Prezidenti Andjey Duda ilə keçirdiyi mətbuat konfransında qeyd edib.

Vitse-prezident vurğulayıb ki, ABŞ Ukrayna xalqını dəstəkləyir.

Gununsesi.info