ABŞ və İranın Türkiyədəki səfirliyi bu gün bağlı olacaq

  • Müəllif: admin
  • 20 Dekabr 2016 10:26

abs

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar ABŞ və İranın bu ölkədəki diplomatik nümayəndəlikləri bu gün bağlı olacaq.

Gununsesi.info “Hürriyet”ə istinadən yaydığı məlumata görə, İranın İstanbul, Ərzurum və Trabzondakı baş konsulluqları bu gün fəaliyyət  göstərməyəcək. İranın Ankaradakı səfirliyi vətəndaşlara diplomatik nümayəndəliklərə getməməyə tövsiyə edib.

ABŞ-ın Ankaradakı səfirliyi, İstanbul və Adanadakı baş konsulluqları da bu gün bağlı olacaq.

Gununsesi.info