ABŞ və NATO arasında kritik görüş

  • By admin
  • 05 Oktyabr 2021 11:48

Pentaqonda ABŞ və NATO arasında kritik görüş keçirilib.

Gununsesi.info “Milliyet”ə istinadla xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Austin NATO-nun baş katibi Yens Stoltenberqi Pentaqonda qəbul edərək ittifaqın gələcəyini müzakirə edib.

Görüşdən əvvəl qısa açıqlama verən Austin “NATO-nun gücü birlikdən və ümumi məqsəd duyğusundan gəlir” deyib.

ABŞ müdafiə naziri Stoltenberqə keçən ay Əfqanıstandan çıxmaqla ittifaqı idarə etməyə kömək etdiyi üçün təşəkkür edib.

NATO-nun baş katibi verdiyi açıqlamada “Təşkilat hər zamankından daha önəmlidir, çünki biz daha rəqabətli bir dünya ilə üz-üzəyik. Rusiyanın təcavüzkar hərəkətləri göz önündədir. İqtisadi və hərbi gücünü istifadə edən daha iddialı bir Çin görürük. Həm də kibertəhdidlərlə, terror təhdidləri ilə üz-üzəyik” deyib.

O əlavə edib ki, bu çətinliklərlə təkbaşına üzləşə biləcək qitə, ölkə yoxdur: “Şimali Amerika və Avropa olaraq NATO ilə eyni qütbdə dayanmalıyıq. Bir sözlə, ittifaqımızı dəyişən təhlükəsizlik mühitinə uyğunlaşdırmalıyıq”.

Gununsesi.info