ABŞ və Ukrayna generalları telefonla danışdılar

  • By admin
  • 30 Yanvar 2022 09:20

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəsmi nümayəndəsi polkovnik Devid Batler məlumat yayıb.

Milli və Zalujnı Şərqi Avropada dəyişən təhlükəsizlik mühitinin qiymətləndirilməsini mübadilə ediblər.

“Ukraynanın müstəqil olmaq, ərazi bütövlüyünü və suverenliyini qorumaq hüququ var”, – deyə polkovnik əlavə edib. Onun sözlərinə görə, “Ukrayna Avropada sülhün və sabitliyin qorunmasında xüsusilə mühüm rol oynayır”.

Bu, Milli və Zalujnının yanvarda apardıqları üçüncü telefon danışığıdır.

Gununsesi.info