Abşeronda çobanı döyüb, telefonunu və qoyunlarını əlindən aldılar

  • By admin
  • 10 Oktyabr 2016 14:00

ogru

Abşeron rayon Polis İdarəsinə müraciyyət edən vətəndaş Cəmaləddin Hüseynov qoyunlarını otaran zaman naməlum şəxslərin hücümüna məruz qaldığını bildirib.

Gununsesi.info xəbər veirir ki,  müraciət əsasında məlum olub ki, vətəndaşa hücüm edən şəxlər zərərçəkəni   döyərək əl ayağını bağlayıb daha  sonra  Cəmaləddin Hüseynova məxsus mobil telefonu və 25 manat pulu həmçinin  4 baş xırda buynuzlu malqaranı vavtombillərə  yükləyərək hadisə yerindən qaçıblar.  Abşeron rayon polis idarəsinin cinayət axtarış idarəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat nəticəsində qüldürlüq hadisəsini törətməkdə şübhəli bilinən  Müşfiqabad qəsəbə sakini 31 yaşlı Anar Piriyev, Ağsu rayon sakini 23 yaşlı Rusif Mehralıyev,  Eldəniz Cəfərov, Bakı şəhər sakini Tamerlan Rəsulov və Sabirabad rayon sakini Ələkbər Rəsulov yaxalanıblar. Saxlanılan şəxslər çobanı döyüb qoyunları aparmalarını etiraf etsələrdə dırnaq arası qəhrəmanların  ifadələri bir- biri  ilə üst üstə düşməyib. Təqsirli bilinən Anar Piriyev və  Rusif Mehrəliyevin  dediklərinə görə Ələkbər qoyun alıb kabab etməyi təklif edib. Eldəniz Cəfərov isə quldurluq etməyi əvvəlcədən planlaşdırdıqlarını deyib. Çobana müxtəlif dərəcəli bədən xəsarətləri yetirən  Ələkbər Rəsulov və Tamerlan Rəsulov mikrafon qarşısında danışmaqdan çəkiniblər.

Baş vermiş faktla əlaqədar Abşeron rayon polis idarəsində CM quldurluq maddəsi ilə cinayət işi başlanıb.istintaq davam edir.

Gununsesi.info