Abu-Dabi sahillərində hind donqar delfinləri aşkar edildi

  • By admin
  • 15 Avqust 2017 23:47

donqar

Abu-Dabinin isti suları hind donqar delfinlərinin sığınacağına çevrilib. Abu-Dabi Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EAD) “Bottlenose” Delfin Tədqiqatları İnstitutu (BDRI) ilə birgə əməkdaşlığı nəticəsində Abu-Dabi sahillərində hind donqar delfinlərinin dünyada ən böyük populyasiyası aşkar edilib.

Gununsesi.info xəbər verir ki, Əmirlikdə çıxan “The National” nəşrinin yazdığına görə, birgə tədqiqatların nəticələri “Journal of the Marine Biological Association” jurnalında dərc edilib.

Tədqiqatçıların ilkin qənaətinə görə, Abu-Dabidə suylarında hind donqar delfininin təqribən 701 nümayəndəsi qeydə alınıb.

Sırf Hind okeanının sahilyanı sularında təsadüf olunan bu delfin növü xüsusi donqarı, uzunsov bel üzgəci və kiçik döş üzgəcləri ilə fərqlənir. Onlar təqribən 2,5 metrə qədər böyüyür, çəkiləri isə 100-139 kiloqram civarında olur.

EAD-ın dəniz biomüxtəlifliyi sektorunun icraçı direktoru Şaihə Al-Dəhəri bildirib ki, tədqiqatçıların bu kəşfi yaxşı xəbərdir və Abu-Dabinin dəniz biomüxtəlifliyinin dəyərini bütün dünyaya nümayiş etdirir.

Nəşr yazır ki, delfinlərin bu növü yetərincə öyrənilməyib və hazırda tədqiqatçılar qrupu layihəni maliyyələşdirmək üçün fərdi və korporativ sponsorlar cəlb edirlər.

Gununsesi.info