“Adidas” minlərlə əməkdaşını robotlarla əvəz edəcək

  • By admin
  • 08 Avqust 2017 22:35

adidas

“Adidas” şirkəti fabriklərin əməkdaşlarını robotlarla əvəz edəcək.

Gununsesi.info şirkətə istinadən bildirir ki, “Sewbot” adlı mexanizm geyim istehsalı ilə məşğul olacaq. Sözügedən mexanizm yumşaq parçanın kəsik-küsüklərini tikmək üçün kamera və robotlardan istifadə edir. Bundan əvvəl bu əməliyyatları avtomatlaşdırmaq mümkün deyildi, amma “SoftWear Automation” tərəfindən yaradılmış mexanizm bu əməliyyatları insanlardan daha yaxşı yerinə yetirir.

“Robotlar geyimin detalını tikməzdən əvvəl parçanın vəziyyətini müəyyənləşdirmək üçün kamera və iynələr kombinasiyasından istifadə edir və bunu insan gözündən daha dəqiq yerinə yetirirlər”, – deyə şirkətin saytında bildirilir.

Sistem bir köynəyi 22 saniyəyə tikir. Robot “Adidas” şirkəti üçün gün ərzində 800 min mayka hazırlayacaq. Beləliklə, istehsal şirkətə daha ucuz başa gələcək. Bütövlükdə 21 istehsal xətti tikiləcək.

Gununsesi.info