Arda Turanın transfer olunması ilə bağlı işlər aparılır - "QALATASARAY"-IN PREZİDENTİ

  • By admin
  • 08 Avqust 2017 22:22

qalata-2

Türkiyənin Qalatasaray klubunun prezidenti Dursun Özbək Arda Turanı bu komandaya transfer etmək istədiklərini açıqlayıb.

Gununsesi.info klubun rəsmi saytına istinadla xəbər verir ki, Dursun Özbək Arda Turanı Barselonadan transfer etmək üçün işlərin aparıldığını bildirib. O deyib: “Arda Turan Qalatasarayın çox yaxşı yetirməsidir. Əlbəttə ki, Ardanın xidmət göstərəcəyi yer Qalatasaraydır. Onun Qalatasaraya gəlməsini və karyerasını burada bitirməsini istəyirik. Bununla bağlı da bir sıra addımlar atmışıq.

Klubun futbol direktoru Cenk Ergün Qalatasaray rəsmilərinin bu həftə İspaniyaya səfər edəcəyini bildirib.

O, deyib ki, Barselona ilə danışıqlar baş tutsa, futbolçu türk klubuna bir mövsüm üçün kirayə veriləcək. Daha sonra transferin tamamilə həyata keçəcəyi planlaşdırılıb.

Qeyd edilib ki, Barselonanın bəzi oyunçularını satmaq istəməsi türk klubunu daha da həvəsləndirib. Arda geri qayıtsa, Qalatasarayın kapitanlıq sarğısı da ona veriləcək, habelə illik 4,5 milyon avro almaqla klubun ən çox qazanan futbolçusu olacaq.

Gununsesi.info