Adil Əliyevdən Araz Əlizadəyə sərt cavab: "Səy-səy fikirlər söyləyib..."

  • By admin
  • 07 Fevral 2017 11:42

adil

“Son günlər başım kikboksinq çempionatlarına qarışdığı üçün mətbuatda Türkiyə və Nuri Paşa əleyhinə səslənən fikirləri izləyə bilməmişəm. Ancaq bu cür təbliğat aparanlara qısa olaraq belə cavab verərdim”.

Gununsesi.info xəbər verir ki, bu sözlər millət vəkili Adil Əliyevə məxsusdur.

Qeyd edək ki, deputat Araz Əlizadənin Qafqaz İslam Ordusu və onun komandanı Nuri Paşa haqqında söylədiyi  fikirlər cəmiyyətin ən müxtəlif təbəqələrinin təpkisinə səbəb olub.

Nuru_pasha_65_azmus

A. Əliyev isə fkirlərini sonra  bu cür ifadə edib:
“Qəhrəman Nuri Paşa və Qafqaz-İslam Ordusu Türk xalqının qəlbinə dərin iz buraxıb. Təəssüflər olsun ki, bəzi səy-səy fikirlər söyləyib, gündəmə gəlmək istəyən, sapı özümüzdən olan baltalar olmasa, biz daha çox irəli gedə bilərik. Həmin qüvvələr unutmasınlar ki, gec-tez Türk birliyi güclənəcək. Və tarix bu cür insanları öz siyahısından siləcək”.

ARAZ

Gununsesi.info