Adil Əliyev: “Bundan sonra Türkiyədə hərbi çevriliş baş verməz…”

  • By admin
  • 17 İyul 2016 23:54

publika.az1429865486adil

“Qardaş ölkə Türkiyədə  baş verən çevrilişə cəhd hadisəsi ilə bağlı çox yazmaq , hər iki tərəfi günahlandırmaq olar… Kənardan baxıb mühakimə etmək, hadisəni qimətləndirmək asandı…”

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Adil Əliyev dilə gətirib.

O, qeyd edib ki,  bu hadisə şəxsən onu çox sarsıdıb.

“Ancaq qısaca onu deyə  bilərəm ki, “hərbi çevriliş” sindiromu məhv edildi. Bundan sonra Türkiyədə  hərbi çevriliş baş verməz. İnanıram ki, Türkiyə prezidenti  Ərdoğan cənabları humanistlik edib  əmrə  tabe olan əsgərləri, valideyinlərinə və Türk xalqına xatir bağışlayar, inşallah!”-deyə, o, sözlərinə əlavə edib.

K.Həmzəoğlu

Gununsesi.info