Qənirə Paşayevadan onu tənqid edən azərbaycanlı anti-ərdoğançılara etiraz: “Simpati və antipatilərinizi bir kənara qoyun”

  • By admin
  • 18 İyul 2016 01:08

qanira

 

“Qardaş Türkiyədə həyata keçirilən çevriliş cəhdi əleyhinə açıqlamalarıma görə məni tənqid edənlərə bir şey demək istəyirəm: Azərbaycan vətəndaşları üçün kimin qardaş Türkiyəyə rəhbərlik etməsi məsələsi Türkiyə dövlətinin maraqlarından üstün olmamalıdır. Türkiyədə kimin iqtidarda olub-olmamasına Türkiyədəki insanlarımız qərar verir, biz yox. Azərbaycan üçün isə Türkiyə dövlətinin güclü olması lazımdır”.

 Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva öz  “Facebook” statusunda yazıb. Onun  qeyd etdiyinə görə, Türkiyənin zəifləməsi bizə mənfi təsir göstərər, bizi də zəiflədər.

“Demək Türkiyəni zəiflətməyə, bölməyə yönəlmiş hər bir hadisə,addım həm də bizim əleyhimizədir. Şəxsi düşüncələri və yanaşmaları, simpati və antipatiləri bir kənara qoyub bu prizmadan yanaşsaq, daha doğru olar. Bəlkə bizi haqsız tənqid edənlər də doğru yanaşmadıqlarını anlayar. Azərbaycanı, Türkiyəni, Türk millətini sevən heç bir insan bu çevriliş cəhdinə, bu darbeye az da olsa, belə bəraət qazandırmamalıdır. Türkiyəyə  nə qədər zərər vurduğuna baxın sadəcə…”-deyə, o, daha sonra yazıb.

Gununsesi.info