AFFA Klublar Komitəsinə yeni sədr seçildi

  • By admin
  • 13 Dekabr 2017 11:34

AFFA Klublar Komitəsinə yeni sədr seçilib. 

Gununsesi.info-nun məlumatına görə, bu vəzifəyə “Neftçi”nin prezidenti Orxan Hüseynzadə layiq görülüb.

O, yeni vəzifədə “Sumqayıt”ın prezidenti Kamran Quliyevi əvəzləyib. K.Quliyev yeni seçkidə ona səs verilməməsini xahiş edib.

O.Hüseynzadə səslərdən 7-ni qazanıb, “Zirə”nin prezidenti Natiq İsmayılova isə 1 səs verilib.

Gununsesi.info