Ağ Ev Kremlə öz yerini göstərəcək -Vaşinqton Rusiyanın revanş siyasətinə  imkan verməyəcək

  • Müəllif: admin
  • 10 Aprel 2017 15:04
murteza
ABŞ Hərbi-Dəniz Donanmasının Suriyanın Şayrat aviabazasına endirdiyi  raket zərbəsi Rusiya ilə Amerika arasındakı münasibətləri kritik həddə çatıb. Hətta, bəzi məlumatlara görə, iki ölkə arasında hərbi toqquşma həddinin bir addımlığında olub.
 İran prezidenti Həsən Ruhani də bəyan edib ki, Şayrat avibazasının bombalanmasına  görə ABŞ-la Rusiya  hərbi toqquşmaların bir addımlığında olub.
İSNA-nın verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani baş verən olayla bağlı mövqeyini açıqlayaraq,  Ağ Evi aviabazaya raket zərbələri endirməyə görə qınayıb
H. Ruhani onu da əlavə edib ki, Rusiya rəsmiləri onunla danışıqlarda bildiriblər ki, raket zərbələrinə görə ABŞ-la münaqişənin bir addımlığında olublar.
 Baş verən proseslər bir daha göstərir ki, Ağ Ev Suriya məsələsində təşəbbüsü ilə kimsəyə güzəştə getmək niyyətində deyil.   ABŞ-ın son bir ildə Suriya məsələsində bir az geri çəkilərək, seyrçi mövqe nümayiş etdirməsi əks qüvvələri revanşa keçməyəşərait yaratdı. Necə deyərlər yaranmış boşluqdan istifadə edən  və Yaxın Şərqdəki ciddi maraqları olan Rusiya, İran cütlüyü tez bir zamanda təşəbbüsü ələ almaq istiqamətində hərəkətə keçdi. Rusiya özünü dünyaya daha sülhsevər və humanist göstəmək üçün  ABŞ-ın müttəfiqi Türkiyə ilə bir araya gələrək Suriyada atəşkəsə nail olmaq üçün bir sənəd də imzaladılar.  Rusiya  daha da irəliyə gedərək Suriya münaqişəsinin  danışıqlar yolu ilə tənzimləməsində ABŞ-ı dışlayan yolu  tutaraq  alternativ   danışıqlar  prosesinə start verdi. Bu məqsədlə   Moskva, Tehran, Ankara  Astana prosesini başlatdı.  Danışıqalr üçün Astanın seçilməsi də təsadüfi deyildi.
Çünki Moskvanın Astananı seçməsi ilə  bağlı öz  məqsədi var idi. Moskva Astananı seçməklə əslində Vaşinqtonu vurmaq və Amerikanın   Suriya məsələsində sülhün tənzimlənməməsində maraqlı olmadığını dünyaya göstərmək idi.   Vaşinqton da Moskvanın bu oyununu  bildiyindən danışqlar prosesindən tam imtina etmədi və bu prosesin əleyhinə çıxmadı. Hətta, sonrakı “Astana görüşlərində” ABŞ və digər ölkələr müəyyən mənada iştirak etdi. Rusiya Suriya prosesində  reavnş siyasətini ələ keçirdiyini  və Amerikasız  bu problemi çözəcəyini  dünyaya təlqin etdiyi bir zamanda  hadisələr yenidən əks istiqamətdə inkişaf etməsi ilk növbədə Kreml və Tehranın planlarını pozmuş oldu.
Vaşinqtonun gözlənilmədən qısa zaman ərzində  geosiyasi durumu dəyişməsi və Yaxın Şərqdəki proseslərin gözlənilmədən yeni mərhələyə qədəm qoyan addımm atması  Moskva və Tehranı  bir anlıq çaşqınlıq  qarşısında qoymuş oldu. Necə deyrələr bununla ABŞ Rusiya və İranın “burnunu  ovmuş” oldu. Bununla da   Rusiya və İran gözlənilməz ciddi zərbə almış oldu.  Bununla da Ağ Ev Kremlin başlatdığı təşəbbüsü ələ almaq  prosesini məhvə uğratdı.
Donald Tramp  bu addımı ilə bir daha göstərdi ki, Yaxın Şərqdə, ümumiyyətlə dünyada onların istəyi olmadan kimsənin təşəbbüsü ələ alması mümkün deyil. Trampın Yaxın Şərqdə  vəziyyəti dəyişməsini şərtləndirən digər amillər də mövcuddur. Buna səbəb son bir ildə Rusiyanın iqtisadiyyatında yaranmış canlanma, Rusiyanın ABŞ-dan sonra Fransa, Alamniyadakı seçkilərdən maksimum öz xeyri üçün yararlanmaq və seçki prosesinə müdaxiləsi və sair.  Bura İranın  postsanksiya dövründəki davranışlarnı da bura əlavə etsək, o zaman bölgədəki geosiyasi  mənzərə gözümüz önündə tam aydın formada görünə bilər.
Bütün sadalanan və sadalanmayan  faktları nəzərə alaraq demək olar ki,  ABŞ Rusiyaya  və İrana  öz yerini göstərmək üçün yeni strategiyanı işə salmalı oldu və bunun üçün də yeni mərhələyə start verdi. Bunun üçün ilk olaraq  Tramp İrana qarşı sərt bəyantlarla çıxış edərək, Tehranı  hətta xəbərdarlıq etmədən hərbi müdaxilə edəcəyi ilə təhdid etdiyini bildirib.  İrana qarşı sanksiya siyasətini yenidən gündəmə gətirdi. Bunun ardınca isə ABŞ Hərbi-Dəniz Donanması Fars körfəsinə öz təyyarədaşıyan hərbi gəmilərini geri qaytardı.  Bundan əlavə, ABŞ Baltikyanı ölkələrdə də öz hərbi iştirakını genişləndirmək yolunu seçdi. ABŞ Baltikyanı ölkələrə təkcə özhərbi qüvvlərini deyil, eyni zamanda NATO qüvvələrini də cəlb etdi. Ardınca isə   Suriyadakı aviabazaya raket zərbəsi endirdi.  Trampın bu hərəkəti göstərir ki, Ağ Ev bundan sonra  Suriya və Yaxın Şəqrdə  aktivliyi artacaq. Bu isə bölgədə vəziyyətin  bir müddət daha da gərginləşməsindən xəbər verir.
Yeni mərhələdki  proseslərin gedişində   bu güclər arasında  vəziyyətin  hərbi toqquşmalar həddindədək qalxması istisna deyil. Əgər hansısa tərəf güzəştə getməyəcəyi təqdirdə,  qısa müddətli olsa da, hansısa toqquşmalar qaçılmaz ola bilər. Odur ki, bölgə yenidən bir “barıt çəlləyi”nə çevrilib və hər hansı bir ehtiyatsızlıq böyük bir alovlanmaya və  güclü partlayışa səbəbola bilər.   Maraqlı tərəflər burada  konsesusa gələ bilmıyəcəkləri və ya geri çəkilməyəcəkləri təqdirdə   proseslər ən təhlükəli ssenrai üzrə inkişaf edə bilər.
Ona görə də düşünürəm ki, biz yaxın gələcəkdə Trampın təkcə Suriya və ümumilikdə Yaxın  Şərqdə deyil, ümumiyyətlə,  daha geniş coğrafiyada yeni strategiyası ilə bağlı başlanacaq strategiyasının şahidi olacağıq.
Bunun artıq işartıları görünməkdədir. Buna  Gürcüstan və Ukraynanın  Avropa İttifaqı ilə viza  rejiminin  aradan qaldırılması,  son dövrlərdə  Orta Asiya əsilli şəxslərin terror hadisələrində iştirakı və bu terror hadisələrinin daha geniş coğrafiyanı, Avropa, Rusiya və  Türkiyəni əhatə etməsini misal çəkmək olar.
Baş verən proseslər bir daha göstərir ki, Tramp ABŞ-ın dünyadakı superhegemon olmasını sübut etmək  üçün daha geniş coğrafiyada oyuna başlayıb.
 
Mürtəza
Gununsesi.info