
Ağ Ev ötən gün Türkiyədə baş tutmuş referendumla bağlı hələ ki, şərh verməyəcək.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
“Hazırda orada beynəlxalq komissiya işləyir. Yekun rəyin 10-12 gün arasında veriləcəyi gözlənilir. Gözləyək, onlara işlərini yekunlaşdırmağa imkan verək”, deyə Şon Spayser qeyd edib.
Gununsesi.info












