Ağcabədidə əməliyyat: - Narkotik satan şəxs yaxalandı (FOTOLAR)

  • By admin
  • 22 Sentyabr 2016 09:30

narkotik

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Gununsesi.info xəbər verir ki, Ağcəbədi Rayon Polis Şöbəsinə Pərioğullar kəndində yaşayan İlqar Xankişiyevin həyətində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olub. Qeyd olunan məlumat əsasında İ.Xankişiyevin yaşadığı mənzilə və evin həyətinə baxış zamanı ot tayasının üstündə gizlətdiyi 14 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, 2016-cı ilin avqust-sentyabr ayları ərzində Ağcəbədi RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədi ilə 10-dan artıq əməliyyat-axtarış tədbiri həyata keçirilib. Bu tədbirlər nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 17 kiloqram narkotik vasitə olan marixuana çıxarılıb. Həmçinin ayrı-ayrı vətəndaşlar tərəfindən xüsusi qulluq əsasında yetişdirilən 70-ə yaxın çətənə kolu aşkar olunaraq götürülüb və  narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan həmin şəxslər barəsində qanuni tədbirlər görülüb.

narkotik3 narkotik2 narkotik1

Gununsesi.info