Ağcabədidə baş verən qəzada ölən və yaralananların kimliyi AÇIQLANDI YENİLƏNİB + VİDEO

Ağcabədi rayonunun Muğanlı kəndində qeydə alınmış qəzada ölən və yaralananların kimliyi açıqlandı.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, “Mercedes” markalı 04-BN-865 dövlət nömrə nişanlı avtomobil ilə “LADA Priora” markalı 04-BS-403 dövlət nömrə nişanlı nəqliyyat vasitələri toqquşub:

“Hadisə nəticəsində “LADA Priora” markalı avtomobilin sürücüsü Cəfərzadə İsa Mirələm oğlu, sərnişini Həmidova İradə Müzəffər qızı, eləcə də “Mercedes” markalı avtomobildə olan sərnişin Cəfərzadə Rahib Cəfər, xəsarət alıblar. “LADA Priora” markalı avtomobildə olan sərnişin Abbasov Rəşadət Allahverdi oğlu isə həlak olub.

İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb “Mercedes” markalı avtomobilin sürücüsü Quliyev Ayxan Elşən oğlunun idarəetməni itirərək əks istiqamətdən gələn “LADA Priora” markalı avtomobilin qarşısına çıxması olub”.

Könül Cəfərli

12:28

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku.ws-ə daxil olan məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.

Qəza zamanı “Mercedes” və “LADA Priora” markalı avtomobillər bir-birinə çırpılıb.

Nəticədə 3 nəfər xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Şahidlər iddia edirlər ki, hadisəyə səbəb yolların buz bağlamasıdır.

Qəzanın görüntülərini təqdim edirik:

Gununsesi.info