Paris metrosunda sərnişinlərə bıçaqlı hücum

Parisin hərəkətli Gare du Nord stansiyasında bıçaqlı bir şəxs qatar gözləyən altı sərnişinə hücum edib. Bir nəfər ağır yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, olay zamanı bir neçə də nəfər də yüngül yaralanıb.

Fransanın daxili işlər naziri Gerald Darmanin hücumçunun tez bir zamanda zərərsizləşdirildiyini bildirib. Darmanen cəsarətli və təsirli hərəkətlərinə görə təhlükəsizlik qüvvələrinə təşəkkür edib.

Polis nümayəndəsi əlavə edib ki, təcavüzkar polis tərəfindən bir neçə dəfə atəş açılıb və həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya aparılıb. Polisdə olan məlumata görə, hücumçunu güllələyən məmur vəzifədən kənarda olub.

Hücumun motivi hələ müəyyən edilməyib. Paris polisi qatar vağzalındakı insidentin artıq aydınlaşdırıldığını desə də hər hansı təfərrüat verməyib. Eyni zamanda polisin hələlik hadisəni terrorla əlaqələndirmədiyi bildirilir.

Tərcümə: Adil Elxanoğlu