Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub

  • By admin
  • 10 Noyabr 2017 13:42

Ağcabədi RPŞ-yə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətindən Modern.az-a bildirlib ki, faktla əlaqədar cinayət işi başlanılıb.

Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri – İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info