Ağdamda iki nəfər minaya düşüb

Ağdamda iki nəfər minaya düşərək həlak olub.

DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, hadisə rayonun Yusifcanlı kəndində baş verib. Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info