Ağdaşda “patı” əməliyyatı – Saxlanılan var

  • By admin
  • 04 Avqust 2021 14:51

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, şəhər sakini Elvin Həsənovun üzərində psixotrop maddə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin ( “patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elvin Həsənov əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunub.

Gununsesi.info