Ağladığımız bəsdir! MİLLƏT AYAQDA OLARSA ONUNLA KİMİSƏ BACARA BİLMƏZ!

  • By admin
  • 28 Fevral 2018 14:42
Fevral-Azərbaycan tarixində daha çox xoş olmayan hadisələrlə yadda qalan aydır.
Çünki fevral ayında Azərbaycan ikiyə parçalanıb. Rusiya ilə Qacaralar arasında gedən döyüş nəticəsində 1928-ci ilin 10 fevral tarixində imzalanan Türkmənçay müqaviləsi nəticəsində rəsmən ikiyə bölündü. Araz çayından şimal hissə Rusiyaya birləşdirildi.  Bundan sonra isə Arazdan Şimalda olan Azərbaycan torpaqları  Rusiyanın  həyata keçirdiyi siyasət nəticəsində   Dərbənd Rusyaya, Borçalı isə Gürcüstanın tərkibinə qatıldı.
Azərbaycanın tarixi torpaqları olan  İrəvan, Zəngəzur, Göyçə, Basarkeçər və digər ərazilərdə erməni dövləti yardıldı. Azərbaycan torpaqlarının zəbt edilməsi istiqamətində siyasət hələ də davam etməkdədir.  Məhz bunun nəticəsi olaraq  25 ildir ki, Azərbaycan  torpaqları erməni qəsbkarlarının  işğalı altındadır. Təbii ki, ermənilər bu torpaqları dünyadakı havadarlarına və böyük güclərə araxalanraq  Azərbaycan torpaqlarını işğal edib.
Ermənilərin  müasir dövrümüzdə Azərbaycan torpaqlarını işğal etmək istiqamətində geniş fəaliyyətə başladığı tarixdən 30 il keçir və bu hadisələr də yenə də  fevral ayına təsadüf edir. Belə ki,  ermənilər  1988-ci ilin fevralından etibarən  Xankəndində Qarabağın  Ermənistana birləşdirilməsi   “Miatsum” şüarı altında  aksiyalara başladı. Elə həmin ilin fevral ayında ilk şəhidlərimizi verdik.
Tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlı coğrafiyadakı Zəngəzur, Göyçə, İrəvan, Basarkeçər  və digər ata yurdlarından didərgin düşməyə başladı və onların başına olmazın faciələri gəldi. 
Ermənilərə havadarların əli ilə öz məkrli planlarını reallaşdırmaq üçün Sumqayıt şəhərində həyata keçirdiyi  təxribatlardan da  30 il keçir və bu tarix də Fevral ayına təsadüf edir. Ondan bir müddət sonra   ermənilərin  20-ci əsrdə dünyanın insanlığa sığmayan vandal, vəhşi soyqrırm  siyasətinə Azərbaycan türklərinə qarşı siyasətini həyata keçirdi. Xocalıda Azərbaycan türkü körpə, yaşlı, qadın demədən amansıcasına qətlə yetirildi. Bu acı tarix də yenə Fevral ayına təsadüf edir.   Fevral ayında baş verən tariximizə xoş olmayan belə  daha neçə-neçə faktı söyləmək olar.
 
Əsas zamanı öz xeyrinə dəyişməkdir  və zaman da artıq Azərbaycanın xeyrindədir…
Məqsədim bu xoş olamayan tarixi günləri sadalamaqla fevral ayını günahkar və ya bu ayın düşərli olmamasını göstərmək deyil.  Əksinə   xalqı bu acı tarixlərdən, ağlaşamlardan xilas etmək üçün mübarizəyə səsləməkdir. Yetər ağlaşmalar, yetər tarixləri başıaşağı qeyd etmək….Artıq qəhrəmanlıq dastanları yazmağın tam zamanıdır… Qəhrəmanlıq  dastanı üçün hansısa özəl ayı, ili gözləmək lazım deyil, əksinə zamanı öz xeyrinə dəyişməkdir gərək olan. Hesab edirəm ki, artıq zaman Azərbaycanın tərəfindədir.  Bir də toplum öz acı taleyini, xoş olmayan hadisələri qeyd  edib, xəcalət çəkmək istəmirsə, o zaman o,  millət olaraq meydanlarda olmalıdır. Mübarizəsiz, itkisiz  isə buna nail olmaq mümkün deyil. Necə ki, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amulinin  Azərbaycan nümayəndə heyəti ilə  görüşdə səsləndirdiyi  “millət  səhnədə olarsa, Qarabağı çözmək olar”  fikrində olduğu kimi… Düşmənlərin planlarını pozmaq və  bu acı tarixlərdən xilas olmaq üçün səhnədə olmağı realda göstərmək lazımdır.      Seyyid Həsən Amuli  ilə bağlı ilk olaraq onu qeyd etmək istərdim ki, son bir neçə ildə Qarabağ məsələsində sərgilədiyi mövqe  demək olar  rəsmi Tehranın möcvqeyindən tamamilə fərqlənir. Və bu təqdir olunası haldır. Ən azından ona görə ki,  belə bir ciddi simanın Azərbaycan maraqlarından çıxış etməsi, Azərbaycanı müdafiə etməsi, erməniləri  qəsbkar adlandırması müsbət və təqdir olunası haldır. Çünki bu günə kimi torpaqlarımızın işğal altında qalmasında  Azərbaycanda xalqının gücsüzlüyü, qorxaqlığı,  döyüş qabliyyətinin aşağı olması deyil, bu işğalı ermənilər  dünyanı idarə edən böyük güc olan havadarlarının  hərtərəfli dəsətyi ilə həyata keçiriblər və bu gündə onların hərtərəfli dəstəyi nəticəsində işğal altında saxlayırlar.  Əgər Azərbaycan  xalqı zəif, gücsüz, qorxaq olsaydı on minlərlə şəhid verməzdi. Deməli bunun səbəbi başqadır.  Bu məsələnin  iki xalq arasındakı  həll olunmasına buraxılsaydı, Azərbaycan çoxdan bu problemi həll edərdi. Hələlik  bu gün  Ermənistan adlanan coğrafiyanı da əlinə keçirərdi. Məhz dünyanı idarə edən böyük güclərin  bölgədəki maraqları, dünyanı parçalayıb idarə etmək maraqları buna imkan vermir. Ona görə də dünya birliyi  bu hadisələri ya görməzdən gəlir, ya da  laqeyd yanaşırlar. Münaqişənin həlli əvəzinə onun tənzimlənməsinə hər vasitə ilə mane olurlar. Bu güclər Qarabağ münaqişəsindən istifadə etməklə  öz maraqlarını təmin etmək istəyirlər. Belə olmasaydı  Azərbaycan bu günkü vəziyyətində  hər hansı hərbi əməliyyat həyata keçirmədən  məsələni  danışıqlar yolu ilə qısa zamanda həll edərdi.  Artıq ermənilərin  siyasi dairələri və beyin mərkəzləri bu işğalçılıq siyasətinin  onların  maraqlarına zidd  və ziyanına olduğunun fərqindədirlər. Onlar hətta onun da fərqindədirlər ki, bu proses bir müddət davam edərsə,   demoqrafik vəziyyətin dəyişməsi nətiəsində bu coğrafiyada kimsə qalmayacaq.   Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhran  ölkənin gələcəyinə olan inamı öldüyündən  bu coğrafiyadan yaşan insanı buranı sürtələ tərk etməkdədir. Bu isə  Ermənistanın bir dövlət kimi sıradan çıxmasına gətirib çıxara bilər və azacıq ağlı başında olan erməni buna aydın görür.Eyni zamanda dilə gətirib həyəcan təbili çalır.
İşğal faktı Azərbaycanın deyil, Ermənistanın ziyanına işləməkdədir…
 Təbii ki, Ermənistanın bu vəziyyətə düşməsində məhz  Azərbaycanın yürütdüyü siyasət nəticəsində mümkün olub. Ermənilərin havadarlarının Azərbaycana qarşı  təzyiqlərinə baxmayaraq, bu təzyiq və təhdidlərə sinə gərərək,  imkanlarını səfərbər etməklə təcrid siyasəti nəticəsində İrəvanı çıxılmaz bir durma salıb. Əslində bu gün işğal faktı Azərbaycanın deyil, Ermənistanın ziyanına işləməkdədir.
Bunu ermənilər  havadarları da hiss etdiyindən Azərbaycana təzyiq edib, hansısa güzəştlərə getməyə vadar etmək istəyirlər.  Azərbaycana qarşı gözlənilən təhlükələrin qarşısının alınmasında xalq ayaqda olarsa və vahid mövqe sərgilərsə,  bu təhlükələrin qarşısı da alınar, işğal altında olan torpaqlarımız da işğaldan azad olar.
O baxımdan Seyyid Həsən Amulinin səsələndirdiyi fikir çox önəmlidir: “Dünyanın böyük dövlətləri istəyirlər ki, Azərbaycana təzyiq göstərib onu referenduma icazə verməyə razı salsınlar. Həmin gün Azərbaycanın böyük əza günüdür. Allah o günü göstərməsin ki, Azərbaycan Qarabağda referendum keçirməyə razılıq versin! Çünki həmişə torpaqları qondarma referendumlarla qoparıblar. Necə ki, bizim İranımızı, şahı sıxdılar, dedlər, gərək Bəhreyndə referendum keçirilməsinə razı olasan. Beləliklə, 45 il bundan qabaq şahı sıxdılar, referenduma nail oldular. Bəhreyni ona görə ayırdılar ki, Amerika dəniz qüvvəsini yerləşdirmək üçün özünə yer axtarırdı. Bəhreyn bir bala məmləkətdir, biz ona zərrə məmləkət deyirdik. Bilirdilər ki, İrandan ayrılsa, olacaq ABŞ-ın bir əyaləti, elə də oldu və Bəhreyni İrandan o cür qopartdılar. Sudanın Cənubunu Sudandan qopartdılar. Ona görə də biz Qarabağla bağlı referendum xəbərini eşidəndə çox narahat oluruq. Çünki böyük dövlətlər onların şərtlərinə razı olmayan kiçik dövlətləri sıxışdırırlar. Yaxud belə xəbərlər gəlir ki, istəyirlər şəhərləri bölsünlər, Azərbaycan neçə şəhərin qaytarılmasına razı olacaq. Ona da biz çox nigaran oluruq. Çünki bizim 40 illik təcrübəmiz var. Düşmənin qarşısında nə qədər geri çəkildinsə, qabağa gələcək. Düşünmək olmaz ki, qarşındakınla anlaşım, onlar sənin haqqını versinlər.
Böyük dövlətlər əlini ora qoyub. ABŞ əlini ora qoyub, çünki Qarabağ ehtiyacı var. Hətta ordakı qondarma hökumətə pul ayırır. Həmçinin də Rusiya, çünki Rusiyanın da maraqları var. Odur ki, Qarabağ məsələsi getdikcə çətinə düşür. Bir də Qarabağı o zaman azad etmək olar ki, millət özü səhnədə hazır olsun. Əgər millət hazır olsa, onunla heç kəs bacara bilməz”.
Bəli Seyyid Həsən Amulinin dediyi kimi millət meydanda olarsa,bir olarsa, döyüşə hazır olarsa dünya gücləri Azərbaycanla hesablaşmalı olacaq. Qarabağa, Şuşaya, tarixi torpaqlarımıza dönüş  savaşdan keçir və buna  hazır olmalıyıq.
Mürtəza Bünyadlı
Gununsesi.info