“Ağlıma batmır ki, Akif belə bir söz danışsın” - ABİD ŞƏRİFOV

  • Müəllif: admin
  • 26 Sentyabr 2017 11:36

akif

“Akif Əlinin cəzalandırılmasına mən baxmıram. Bir də təkrar edirəm, ağlıma batmır ki, Akif belə bir söz danışsın”.

Gununsesi.info-nun xəbərinə görə, bunu jurnalistlərə baş nazirin müavini Abid Şərifov deyib.

“Onun cəzalandırılması mənlik deyil, mən belə işlərlə məşğul olmuram”, – deyə baş nazirin müavini qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ABŞ-da vəfat edən azərbaycanlı alim Lütfi Zadə haqda xoşagəlməz ifadə işlədib.

Bundan sonra mətbuatda onun cəzalandırılacağı ilə bağlı məlumatlar yayılıb.

Gununsesi.info