Ağstafada kişi arvadını boğub öldürdü

  • By admin
  • 16 May 2021 21:11

Ağstafa rayonunda kişi arvadını öldürüb.

Gununsesi.info-“oxu.az”a istinadla xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində baş verib.

Belə ki, kənd sakini 62 yaşlı Ç.Hüseynova həyat yoldaşı tərəfindən ailə məişət zəminində yaranan problem səbəbindən qətlə yetirilib.

İlkin məlumatlara görə, kişi qadını boğaraq öldürüb.

Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

 

Gununsesi.info