Ağstafada minik avtomobili yandı

  • By admin
  • 16 İyun 2022 09:25

Ağstafada evin talvarı və “VAZ” avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağstafa şəhərində ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları 1 m² sahədə və altında dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Talvarın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info