Ahıl yaşda olan qadın intihar edib

  • Müəllif: admin
  • 23 Yanvar 2018 19:35

Kürdəmir sakini intihar edib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şusün kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Mələk Əlıxan qızı Abbasova yaşadığı evdə özünü asaraq intihar edib. M. Abbasovanın hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info