“Aİ-nin Ukrayna qədər pul ayırdığı ikinci ölkə yoxdur” - BORREL

  • By admin
  • 20 Fevral 2022 18:28

“Avropa İttifaqı heç bir dövlətə Ukraynadan daha çox pul xərcləməyib”.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“17 milyard avro çox şeydir. Amma Ukraynanın hələ görəcəyi çox şey var, çünki islahatlar hələ başa çatmayıb”, – Borrel qeyd edib.

Qeyd edildiyi kimi, Ukrayna 2014-cü ildən qurumdan 17 milyard avro maliyyə vəsaiti alıb.

 

 

Gununsesi.info