AKP Azərbaycan da daxil olmaqla, 6 ölkədə nümayəndəlik açacaq

  • By admin
  • 31 İyul 2017 21:46

akp-icjpg-20-40-27

Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) 6 ölkədə təmsilçilik açacaq.

Gununsesi.info-nun “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda qərar alınıb.

İlk mərhələdə Avropa, Azərbaycan, Balkan ölkələri və Amerikada nümayəndəliyin açılması planlaşdırılır.

Açılacaq nümayəndəliklər partiyanın xaricdə yaşayan türklərlə daha yaxın əlaqə quracaq.

Qeyd edək ki, partiyanın ilk təmsilçiliyi 2015-ci ildə Brüsseldə işə başlayıb.

Gununsesi.info