Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı:

  • By admin
  • 31 İyul 2017 22:00

128567_gbynixipwr
Xəbər verdiyimiz kimi, Şəmkirdə daha bir səs-küylü toy mərasimi keçirilib.

Gununsesi.info-nun BAKU.WS-ə istinadən məlumatına görə, həmin dəbdəbəli toyun bəyi Natiq Musayev onun haqqında yazılanlara münasibət bildirib:

“Burada nə var ki, Mustafa (türk müğənni Mustafa Ceceli) toyuma gəlib də. Dəbdəbəli toy deyildi. Normal toy idi. Mətbuatda şişirdilib yazılır. Mən hər gün saat 6-da durub işə gedirəm. Mən əziyyət çəkib pul qazanıram. Harınlamış uşaq deyiləm”.

O, Mustafa Cecelinin əmisi tərəfindən toya hədiyyə edilməsi iddiası haqda da danışıb:

“Atamla əmim mənim üçün eyni adamlardır. Atam, mən və əmim bir yerdə işləyirik”.

Gununsesi.info