
36 yaşlı hamilə aktrisa Cessika Albanın uşağının cinsiyyəti bilinib.
Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, 38 yaşlı Keş Uorrenlə ailəli olan aktrisanın oğlu dünyaya gələcək. Bu barədə Cessika özü İnstaqram hesabında yazıb:
“Keşlə birlikdə sizə bu xəbəri verməyə məmnunuq: oğlumuz olacaq”.
Qeyd edək ki, cütlüyün 2 qızı var.
Gununsesi.info











