
Xəbər verdiyimiz kimi Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin saxta ittihamları ilə şərlənərək, Nəsimi rayon məhkəməsinin Hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə barəsində 2 il azadlıqdan məhrumetmə cəzası verilmiş Mətləb Mustafayev bəraət alıb.
Qeyd edək ki, MTN-nin bir neçə il əvvəl intihara vadar edilən şöbə rəisinin müavini polkovnik Malik Mustafayevin qardaşı olan Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun istəyi ilə şərləndiyini bəyan edirdi.
Onun həbsindən sonra MTN-də Şöbə rəisi səlahiyyətlərini icra edən qardaşı polkovnik Malik Mustafayev özünü asaraq öldürdü.
Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli ilə söhbətində Mətləb Mustafayev bir daha keçmişə nəzər salıb.
- Mətləb müəllim, Eldar Mahmudov və onun dəstəsi sizdən nə istəyirdi? Qardaşınızı intihara qədər sürükləyən nə oldu?
- Bu barədə istər istintaq, istərsə də məhkəmə materiallarında geniş danışmışam. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsində çalışırdım. Orada hüquqlarım pozulduğu üçün qanuni vastələrdən istifadə edib, haqqımı tələb edirdim. Ancaq bu Kərəmin və ətrafındakıların xoşuna gəlmirdi.
Həmişə məni yaxın dostu olan Eldar Mahmudovla hədələdib. Mən səhv bir iş görsəydim onun bu hədələrindən çəkinərdim. Amma hüquqlarım uğrunda mübarizəmi davam etdirdim.
Dediyi kimi də etdi və məni şərlətdi. Eldar Mahmudov nazir olanda prokuorluq və məhkəmə sistemi onun gücününq abağında aciz idi. O zaman bu şərdən qurtula bilmədim. Məni silahla şərləyib cəzaya məhkum etdilər. Sizin kimi məndən də bəzi adamların əleyhinə ifadə istəyib şərləmək planları vardı. Mən də onların bu oyununa getmədim. Tələb edirdilər ki, Kərəm Həsənovdan yazdıqlarımı guya kimlərinsə sifarişi ilə etdiyimi etiraf edim.
- Qardaşınızın intiharı necə oldu?
- Mən Malikin intiharını çox sonralar bildim. O məni qoruya bilmədiyinə görə, bu addıma getdi. İntihar etdiyi gün Anti-terror mərkəzinin rəisi Elçin Quliyev və müavini İlqar Əliyev mənə dedilər ki, qardaşın sənlə görüşmək istəyir. Qardaşım MTN-nin ən peşəkar zabitlərindən olub. O, rüşvətdən kənar adam olub.
Məni qolu qandallı öz çalışdığı binada görəndə üzümə baxmadı və bir anlıq susub pıçıltı ilə “30 il xidmət etdiyim qurum mənə xəyanət etdi” dedi. İkimiz də kövrəldik. Mənə bildirdi ki, bu əclaflardan səni qoruya bilmədim, bağışla məni.
Bu sözündən sonra gedib, intihar etmişdi. Çox sonralar bunu bildim. Dəli kimi olmuşdum. Mənim qardaşım korrupsioner Kərəmin, alkaqolik Eldarın qurbanı oldu.

- Bəraəti gözləyirdinizmi? Mən də buna çalışıram amma hakimin, prokurorun cəzalanması ilə sonunclanacaq bir işə gedilməsinin də çətin olduğunu deyirlər…
- Sizin də şərlənməyiniz hamıya aydındır. Sizin məhkəmə prosesinizdə “mənim günahsızlığımın sübutu Bakının Xəzərin qoynunda yerləşməsinin sübutu kimi bir şeydir” dediyiniz bu sözü unutmadım. Bu gün Eldar Mahmudovun əlaltıları hələ də dövlət qulluğunda qalır. Hakim Novruz Kərimov, sizin və mənim saxta istintaqımızı aparan müstəntiq Elşən Murtuzov bu gün DTX-də qalıb. Hesab edirəm ki, indi həbs növbəsi onundur. Mədət müəllim sağolsun ki, bu çeteden oranı təmizlədi. Amma qalanlar da var. Onlardan biri elə Elşən Murtuzovdur. İndi həbs növbəsi onundur.
Bəraət almağıma gəlincə, bu uzun mübarizə bahasına başa gəldi. Olaylardan sonra Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etmişdi. Dünən isə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə bəraət hökmü çıxarılıb.
Yerigəlmişkən, ədalətli qərara görə, prezident İlham Əliyevə, Ali Məhkəmə hakimi Gülzar Rzayevaya, , DTX rəisi Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova, Prokurorluğun Ağr Cinayətlərə dair üşlər üzrə istintaq idarəsinin müstəntiqi Kamil Zeynalova və hakim Rizvan Səfərova təşəkkür edirəm.
Səbail rayon məhkəməsində hakimlər Elşad Şamayevin, Rauf Əhmədovun, Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi dövlət ittihamçısı Nəriman Babayevin iştirakı ilə və Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi və dövlət ittihamçısı Nəsir Bayramovun iştirakı ilə keçirilən iclaslarda barəsindəki qondarma, sifarişli cinayət işinin tam tədqiq olunmadığını,yaşayış tərzinə, xarakterinə, sosial vəziyyətinə uyğun olmayan bir maddə ilə şərləndiyini, həbsinin sifarişli olduğunu , mənzilindən tapılmış tapançanın ləğv edilmiş MTN-nin əməkdaşları tərəfindən qoyulduğunu, həbsində məqsədin nədən ibarət olduğu barədə məhkəmələrdə dediklərim protokola yazılmırdı. Bir-birinin ziddinə olan sübutların araşdırılmadan həbs qəti imkan tədbiri seçildi. ATM-nin sabiq rəisi E.Quliyev 18.02 2014-cü ildə İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevə göndərdiyi məktubda bildirir ki, “İran vətəndaşları Rza və Hüseyn adlı şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır”.
- Tanış adlardır. Mənim də işimdə Rza və Hüseyn vardı amma nədənsə “tapa bilmədilər”…
- Əsl biabırçılıq idi. 06.09.2014-cü ildə isə mən 15:35-dən 19:05-dək MTN-də ATM-in sabiq rəisi Elçin Quliyevin yanında olmuşam. Bundan 4 gün sonra, E.Quliyev 10.09.2014-cü ildə mənim İİR-nın vətəndaşları uydurma Rza və Hüseyn adlı şəxslərlə əlaqəmin olduğu barədə 1173 saylı cinayət işinə dair məktubu Mövlan Şıxəliyevə göndərib. Həmin məktubda göstərilir ki, “İİR-nın vətəndaşları Rza və Hüseyn adlı şəxslərin şəxsiyyətlərinin və olduqları yerin müəyyən edilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rza adlı şəxsin AR vətəndaşı Mustafayev Mətləb Nəriman oğlu ilə əlaqəsinin olması barədə əməliyyat məlumatı daxil olmuşdur”. Elçin Quliyev ifadəsində isə bildirir ki, “bu barədə nazir Eldar Mahmudovun əməliyyat məlumatı olmuş, və onun göstərişi ilə mən bu məlumatı aidiyyatı üzrə İBİ-ə göndərmişəm”. Deməli, Rza və Hüseyn adlı şəxslərin mənimlə əlaqələrinin olması məlumatını verən Eldar Mahmudov ya o məlumatı verəni , yaxud Rza və Hüseyni şəxsən tanıyırmış. Elədirsə, İİR-nın vətəndaşları Rza və Hüseyn adlışəxslərin soyadı, atasının adı, harada və nə zaman anadan olduqları, harada yaşadıqları, harada pasport qeydiyyatında olduqları, Azərbaycan Respublikası sərhədini nə vaxt, hansı sərhəd və gömrük məntəqəsindən keçib respublikaya daxil olduqları, mənə tapançanı nə zaman, harada , neçəyə satdıqlarını Eldar Mahmudov bilirmiş. O zaman sual olunur, mən 06.09.2014- cü ildə MTN-ə niyə çağrılmışdım? Yaxud, mən 06.09.2014-cü ildə ləğv edilmiş MTN-də Elçin Quliyevin yanında olanda niyə məndən tapança barədə sorğu-sual aparılmırdı?Bu generalların AR CPM-nin 204, 205-ci maddələrinin tələblərindən məlumatları varmı? İBİ-nin sabiq rəisi M.Şıxəliyevə göndərilən məktubda isə bildirir ki, “İİR-nın vətəndaşları Rza və Hüseyn adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin həmin şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır”. Əgər həqiqətən mənim Rza və Hüseynlə əlaqəmin olmasını Eldar Mahmudov vermişsə ATM-in sabiq rəisi Elçin Quliyev,İBİ-nin sabiq rəisi Mövlam Şıxəliyev onların şəxsiyyətinin müəyyən edilməsini niyə ondan soruşmayıb?
Bu gün həbsdə olan Azər Mehdiyev həyasızcasına deyirdi ki, sizin tərəflərdən torpağı ermənilərə verib qaçıb gələnlər özləri ilə çoxlu avtomat, tapança gətiriblər, onlardan biri də sənsən. Amma zaman göstərdi ki, cinayətkar kimdi.
Eldar Mahmudov Cəbrayıl rayonu işğal olunanda 2 dəst yorğan-döşək çıxartmışdıq ona ehtiyacı var idisə açıq deyərdi gətirib ona verərdik.Elə hesab edərdik ki, o da ermənilərə qalıb.Daha bu qədər rəzaləti, müsibəti, faciəni bizim başımıza niyə gətirirdi?
İnanıram ki, bizim yaşadıqlarımızı bir gün də eldar, Mövlan kimi tiplər də yaşayacaq.
Gununsesi.info












