Aktrisanı əri döydü

  • By admin
  • 28 May 2016 00:13

aktr

Amerikalı aktrisa Ember Hörd əri, aktyor Conni Dep tərəfindən döyülüb. “Qafqazinfo“nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı aktrisa 52 yaşlı əri tərəfindən zorakılığa məruz qaldığına görə onu məhkəməyə verib.

Hörd məhkəməyə üzündə sarğı ilə qatılıb. O, döyülmə faktı kimi məhkəməyə şəkillər təqdim edib.

E. Hörd Deppin “qaçılmaz təhlükə” yaratdığına görə ona qarşı məhkəmə tərəfindən müvəqqəti uzaqlaşdırma əmri verilməsini istəyib.

Conni Dep isə mətbuat-turunda olduğundan məhkəmədə onu vəkili təmsil edib.

Qeyd edək ki, cütlük 2015-ci ildə ailə həyatı qurub.