Aldığı qızılın pulunu ödəmədi - 15 MİN DOLLARLIQ ZƏRƏR

  • By admin
  • 10 Yanvar 2018 21:08

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Qasımov Yusif Əbdül oğlu polisə müraciət edərək bildirib ki, tanışı, 1986-cı il təvəllüdlü Elşən Səmədov satış məqsədi ilə ondan 15300 dollarlıq qızıl alıb.

Şikayətçinin sözlərinə görə, E.Səmədov 2016-cı ilin noyabrında onun işlədiyi Mərkəzi Univermaqdan xeyli qızıl götürüb. Lakin həmin şəxs verdiyi vədə əməl etməyib və qızılların pulunu verməkdən boyun qaçırıb.

Müraciət əsasında araşdırma aparılır.

Gununsesi.info