“Ali Məhkəmə ANS-i xalqdan, xalqı da ANS-dən iraq saxlamayacaq” Faiq Ağayev

  • By admin
  • 29 İyul 2016 18:17

faiq

Məlum olduğu kimi bu gün “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verildi. Məhkəmənin qərarı şirkətin işçiləri ilə yanaşı sənətçiləri də məyus edib. Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə məsələyə münasibət bildirənlər sırasında Azərbaycanın xalq artisi, tanınmış estrada ulduzu Faiq Ağayev də var.

Müğənni özünün rəsmi Facebook hesabında kanalın loqosunun paylaşaraq, bu sözləri yazıb:

“25 il Azərbaycan tamaşaçısına operativ, etibarlı xəbərlər çatdırıb, xidmət edən ANS TV-nin yayımdan məhrum olması böyük itkidir. Doldurulmaz, kəskin boşluqdur bu tamaşaçılar üçün… Ümidvaram ki, Ali Məhkəmə bu işin son qərarını verəndə Azərbaycan teleməkanının ayrılmaz hissəsi, Azərbaycan jurnalistikasının parlaq simalarından biri olan ANS-i xalqdan, xalqı da ANS-dən iraq saxlamayacaq. Mən haqq-ədalətə inanıram”.

 

Gununsesi.info