Alibaba Holding 6 şirkətə bölünüb

Çin holdinqi Alibaba-nın səhmləri e-ticarət nəhəngi şirkəti altı hissəyə bölmək qərarına gəldikdən sonra 15% bahalaşıb.

Bu barədə Gununsesi.info Rambler-yə istinadən xəbər verir.

Bu addım o deməkdir ki, yeni şirkətlərin hər birinin öz idarəçiliyi və direktorlar şurası olacaq və əməliyyatların maliyyələşdirilməsi tamamilə müstəqil olacaq.

Texnologiya holdinqinin bölünməsi bazardakı dəyişikliklərə daha tez reaksiya vermək və yeni müəssisələrin dəyərini artırmaq məqsədi daşıyır.

Gələcəkdə yeni şirkətlər fərdi əsasda kapitallaşmanı artırmaq üçün IPO keçirmək niyyətindədirlər. Bazar ekspertləri artıq bu davranışın qlobal texnoloji nəhənglər üçün ortaq bir nümunəyə çevriləcəyi ilə maraqlanır.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info