Aliment borcu olanların ölkədən çıxışı qadağan olundu

  • By admin
  • 17 Noyabr 2016 17:42

alment

İcra məmurlarının təqdimatı ilə məhkəmələr alimenti ödəməyən şəxslərin ölkədən çıxmasını qadağan edən qərarlar verirlər.

Gununsesi.info fins.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin iyulun 1-dək 1100 nəfərin ölkədən çıxışına qadağa qoyulub.

Lakin aliment öhdəliyini yerinə yetirməyən şəxslərin siyahısı açıqlanmır.

Xatırladaq ki, Ailə Məcəlləsində və digər hüquqi aktlarda alimentin ödənilməsindən azad edən heç bir müddəa yoxdur. Bütün hallarda, hətta valideynlər xəstə olduqda, ölkədən kənarda yaşadıqda belə uşaqları saxlamağa borcludurlar. Ona görə də məhkəmələr aliment borcunu ödəmələri üçün onların barəsində sərt tədbirlərin görülməsinə qərar verirlər.

Gununsesi.info