Alkaşlığı atdı nəşəyə keçdi

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 09:00

nese

İçkiyə tövbə edən saatlı sakini bu dəfə  şeytana  daha pis aldanıb.

Beləki narkotik vasitəçisinə  çevrilən şəxs  nə az nə çox 1.5 kiloqrama  yaxın  marixuana  ilə polis tərəfindən saxlanıb.

Gununsesi.info xəbər verir ki, Saatlı polisi  tərəfindən həayata keçirilən əməliyat zamanı  narkotik vasitə alüdəçisi  olan  fətəlikənd  sakini 1979-cu il təvəllüdlü Bulkvadze Qəzəli Zeynalı  oğlu  saxlanılıb.Onun yaşadığı  ünvanda  polietilen torbalara yığılan ümumi çəkisi 409.88  qram  qurudulmuş  marixuana  aşkar  edilib.Məlum olub ki   Qəzəli narkotik vasitəni  bir neçə müddət  öncə  çöl sahədən  kanal qırağından tapıb.Daha sonra  əldə  etdiyi  toxumları  əkərək  aqrotexniki qaydada qulluq edərək yetişdirib. Saxlanılan şəxs əməlindən çox peşman olduğunu bildirib.Beləki  əvvələr  içki düşkünü  oldğunu bildirən Qəzəli  içkiyə  tövbə  edib.Daha sonra  isə  narkotik vasitə  istifadə edib.Bu vərdiş isə onu  narkotik vasitəçi aldəçisinə  çevirib. Hazırda cinayət işi  üzrə  istintaq  davam etidirlir.

Gununsesi.info