Almaniya Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəmir - SORĞU

  • By admin
  • 15 Dekabr 2017 10:24

Almaniya Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəmir.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, bu fakt “Civery” adlı ictimai araşdırma mərkəzinin apardığı sorğu nəticəsində ortaya çıxıb.

Virtual sorğuda iştirak edənlərin 64%-i ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı aldığı qərarı Almaniya hökumətinin qəbul etməsini istəmir.

Sorğu anketinə qatılanların sadəcə 27%-i D.Trampın qərarının qeyd-şərtsiz qəbul edilməsini bildirib. Nəticələrdə yaş qruplarına görə nəzərəçarpan fərqliliklər olmayıb. Xüsusilə, yaşı 65-dən yuxarı olan vətəndaşların 70%-i Trampın qərarına qarşı olduğunu bildirib.

Gununsesi.info