Almaniyadakı soydaşlarımızdan xeyriyyə addımı

  • By admin
  • 06 İyul 2017 15:58

19873787_1450763948323568_1553726123_n

Almaniyada yaşayan azərbaycanlılar tərəfindən ilk dəfə olaraq belə bir xeyirxah əmələ imza atılıb.

Belə ki, Köln şəhərində yaşayan azərbaycanlı ilahiyatçı Mirbaqir Ağayev Gununsesi.info-ya məlumatında bildirib ki, “İRKAZ AZƏRBAYCAN CƏNAZƏ QURUMU” Avropada ilk dəfə olaraq Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlılar tərəfindən fəaliyyətə başlayıb.

Bu təşkilat Avropada xüsusilə də Almaniyada dünyasını dəyişən azərbaycanlıların cənazəsini qısa bir zamanda Azərbaycana yollanmasını təmin edir. Eyni zamanda bu quruma üzv olan vətəndaşlar bu xidmətdən yararlana bilərlər.

Sonda qeyd edək ki, “İRKAZ AZƏRBAYCAN CƏNAZƏ QURUMU”n əlaqə nömrələri aşağıdakı kimidir:

Mirbaqir Ağayev 004915787532853, Elxan Kərimli 004915773333986

Gununsesi.info