Almaniyadan Türkiyə ilə bağlı skandal anlaşma

  • By admin
  • 06 Fevral 2018 22:25


Almaniya Xristian Birliyi Partiyası (CDU) və Sosial-Demokrat Partiyası arasında tamamlanması gözlənilən koalisiya anlaşması layihəsində Türkiyə ilə bağlı gözlənilməz maddələr yer alıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihədə rəsmi Ankaranın irəli sürülən şərtləri yerinə yetirməyənə qədər Avropa Birliyinə (AB) üzvlük danışıqlarının dondurulması təklif olunur.

Alman rəsmilərindən heç biri məsələni hələ ki, şərh etməyib.

Gununsesi.info