Almatıda atışma davam edir, ölənlər var

  • By admin
  • 07 Yanvar 2022 11:11

Qazaxıstanın Almatı şəhərində Respublika meydanı ərazisində atışma səsləri səngimir.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı hadisə yerindən “TASS” agentliyinin müxbiri verib.

Onun sözlərinə görə, atışma nəticəsində ölənlər var və meyitlər yolun ortasındadır. Həmçinin bir neçə güllələnmiş maşın görmək mümkündür. Bu maşınlardan azı ikisində insan cəsədləri var.

Şəhərin digər hissələrində vəziyyət nisbətən sakitdir və az hallarda atəş səsləri eşidilir.

Gununsesi.info