“AmCham” Azərbaycanda ilk dəfə tərəfdaşları üçün CSR gecəsi keçirib - FOTOLAR

  • Müəllif: admin
  • 08 Aprel 2017 09:20

unnamed (1)

Azərbaycanda Amerika Tisarət Palatası (“AmCham”) Azərbaycanda ilk dəfə olaraq tərəfdaşları üçün CSR gecəsi (“Certificate Signing Request”) təşkil edib ki, tədbirdə ölkədə fəaliyyət göstərən işgüzar dairələrin və qeyri-kommersiya təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Gununsesi.info-ya verilən məlumata görə, tədbirin əsas məqsədlərindən biri böhran və büdcələrin azaldılması şəraitində CSR layihələrinin və analoji tərəfdaşlığın həyata keçirilməsi imkanlarının müzakirəsi istiqamətində biznes və qeyri-kommersiya təşkilatları üçün platformanın yaradılması idi. Görüşün digər vacib bir məqamı ölkənin gələcək inkişafı naminə müxtəlif birgə layihələrin icrasının müzakirəsi olub. 

Tədbirdə salamlama nitqi ilə çıxış edən “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, sözügedən tədbir biznes və şirkətlər üçün əla platformadı və burada icraçı tərəfdaşlar və vətəndaş cəmiyyəti yeni imkanların müzakirəsi və ölkənin davamlı inkişafı naminə mühüm layihələrin reallaşması üçün səylərini birləşdirə bilərlər. N. Məmmədova ötən il Azərbaycanda yaradılan və 2030-cu ilədək diqqəti milli prioritetlərə yönəlmiş Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əhəmiyyətinə toxunub. Milli prioritetləri qlobal məqsədlərə uyğun müəyyənləşdirmək məqsədilə “AmCham” CSR üzrə Komitə vasitəsilə ölkədə ümumi cari vəziyyəti qiymətləndirmək və müxtəlif strukturlar, özəl və qeyri-hökumət təşkilatları ilə sözügedən sektorun inkişafı istiqamətində dialoqu fəallaşdırmağa çalışır. 

Öz növbəsində “AmCham”ın CSR üzrə Komitəsinin sədri Aynur Piriyeva Komitənin fəaliyyəti barədə, həmçinin “Birgə və Sağlam” Assosiasiyasının nümayəndəsi olan Aytən Eynalovanı təqdim edib və o, tədbir çərçivəsində autizm sindomlu valideyin və uşaqlar tərəfindən hazırlanmış kuklaları nümayiş etdirib. 

Bundan başqa, A. Piriyeva CSR üzrə Komitə sədrinin müavini Orxan Rəcəbova söz verib ki, o da öz növbəsində təqdimatla çıxış edib və 2014-2015-ci illər üzrə “CSR Excellence Award” mükafatı, onun layihələri və münsifləri barədə məlumat verib.

unnamed unnamed (2)

Gülnaz Qənbərli

Gununsesi.info