
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger tezliklə Bakıya gələcək. Gununsesi.org bildirir ki, bu barədə ABŞ səfirliyinin Mətbuat xidmətindən bildirilib: “Yeni səfirin tezliklə Bakıda olacağını məmnunluqla bildiriririk”.
Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.
Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib.
Gununsesi.org











