
2017-cı ilin 12 ayı ərzində respublika ərazisində 35 117 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) 2017-ci ilin 12 aylıq fəaliyyətinə dair yekun məlumatında bildirilir.
Bildirilir ki, Agentlik tərəfindən 2017-cı ilin 12 ayı ərzində respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilməklə, ümumilikdə 92 843 672 kv.m (9 284.37 ha) ərazi təmizlənib, 35 117 ədəd partlamamış hərbi sursat (PHS), 204 ədəd tank əleyhinə mina (TƏM) və 35 ədəd piyada əleyhinə mina (PƏM) aşkar edilib.
Ümumilikdə, 35 356 ədəd mina və partlamamış hərbi sursat Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun qaydada zərərsizləşdirilib.
Gununsesi.info












