Ancelina Coli İŞİD zülmünə məruz qalanları ziyarət etdi - FOTOLAR

  • By admin
  • 17 İyun 2018 11:26

Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri, aktrisa Ancelina Coli İraqın Mosul şəhərini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, amerikalı aktrisa İŞİD terror təşkilatının zülmünə məruz qalan köhnə Mosul şəhərinin xarabalıqlarını gəzib.

 Bölgə camaatı ilə söhbətləşən Coli onların ehtiyacları haqqında məlumat alıb. O qeyd edib ki, BMT missiyasında çalışdığı illər ərzində ən böyük xarabalığı Mosulda görüb.

Aktrisa insanların hər şeylərini itirdiklərini, evlərinin dağıldığını, yoxsul qaldıqları və uşaqları üçün dərman, hətta su tapa bilmədiklərini ifadə edib.