Sosial şəbəkələrdə Mübariz Mənsimova “dəstək yağışı” -HƏMYERLİMİZƏ QARŞI "QARA PİAR" HİDDƏT DOĞURUB

  • By admin
  • 17 İyun 2018 09:22

Son zamanlar Azərbaycanın bəzi  media oraqanlarında “qara piar”la üzləşən Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova sosial şəbəkələrdə dəstək kampaniyası başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət,,  idman sahəsinin təmsilçiləri  və sadə insanların həmyerlimizə qarşı aparılan kampaniyanı sosial şəbəkələrdə pisləyərək, Mənsimovu vətənpərvər, ölkəsini, millətini sevən şəxs kimi xarakterizə edib. Rəylərdə

iş adamının on minlərlə azərbaycanlıya təmannasız yardım etdiyini xatırladanlar ona qarşı aparılan çirkin kampaniyanın heç bir mənəvi dəyərə sığmadığını yazıb.

Gununsesi.info