Çindən idxal olunan ümumi çəkisi 2 ton təşkil edən çörək qırıntıları (panko) məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, “Premium Food Baku” MMC tərəfindən idxal olunan məhsul “Yantai Yuji Foodstuff Co.” müəssisəsinin istehsalı olub.
“Laborator müayinələrin nəticələrinə əsasən, məhsulda kif və maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib”, – məlumatda vurğulanıb.












